CƏMİYYƏT


Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar

26 iyun- Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər zamanı onlar Zəngilan şəhər məscidini ziyarət edib, orada namaz qılıb dualar ediblər. Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkib mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar, birinci Qarabağ müharibəsi Şəhidlərinin Xiyabanını ziyarət edilib.
Fəxri qonaqlar Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.