CƏMİYYƏT


Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan üç döyüşçü Xaçmazda dəfn olunub

Birinci Qarabağ müharibəsinin şəhidləri Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları iyunun 27-də Xaçmazda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlər Hörmət Baratov Nərəcan, Şahlar Ağayev Ağçay, Adıgözəl Qasımov isə Keymərəz kəndində dəfn olunublar.