CƏMİYYƏT


Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək təmir işləri aparılır. Təmir çərçivəsində hazırda ərazidə frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.