CƏMİYYƏT


31 il öncə itkin düşən İbrahim Vəliyevin nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində döyüşən oğlu Fəqan Vəliyevdən xəbər almaq üçün döyüş əməliyyatları olan əraziyə yollanan Vəliyev İbrahim Ələşrəf oğlu 1993-cü il avqustun 23-də Füzuli rayonu Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində itkin düşmüşdü.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən İbrahim Vəliyevin nəşinin qalıqları doğma yurdu İmişlidə torpağa tapşırılıb.
İbrahim Vəliyevin nəşi İmişli sakinləri tərəfindən izdihamla qarşılanıb, Muradxanlı kəndində ailəsinin yaşadığı evə gətirilərək vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb.