Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıdakı heykəllər bərpa olunur

23.07.2024 [18:10]

Xəbərin mətni

Mədəniyyət Nazirliyi tərəfindən heykəllərin cilalanması ilə bağlı layihə həyata keçirilir. Bu prosesə mütəxəssislər cəlb olunub. İlkin mərhələdə ciddi müdaxiləyə ehtiyac olan 30-a yaxın abidənin bərpası nəzərdə tutulur. Heykəllərin cilalanması, yuyulub, təmizlənməsi və bərpası işləri mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Bu proseslərdə abidələrə heç bir ziyan vurulmur. Qeyd edək ki, heykəllərlə bağlı işin icrası Bakı Abadlıq Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir.