Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib

24.07.2024 [16:49]

Xəbərin mətni

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı,Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin dəstəyi ilə Laçın şəhərində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş maarifləndirici-kütləvi tədbir təşkil edilib.