Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

26.07.2024 [20:31]

Xəbərin mətni

İyulun 26-da ADA Universitetində dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Adil Kərimli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.