Qəbələnin Uludaş kəndində 80 təsərrüfat su altında qalıb
27.07.2024 [12:29]
Xəbərin mətni
Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra yaşayış məntəqələrində fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, Qala çayın daşması nəticəsində sel-sular əvvəlki günlər rayonun Tikanlı və Abrıx kəndlərində təsərrüfatlara xeyli ziyan vurmuşdu. Güclü leysandan sonra bu dəfə Durca çayında suyun səviyyəsi artıb və nəticədə Uludaş kəndində sakinlərin təsərrüfatını, həyətyanı sahəsini lilli su basıb.
Kənd sakini Xanımqız Qaçayeva bildirir ki, artıq ikinci gündür ki, onların təsərrüfatından sel-sular axır. Su azaldıqca həyətdə, təsərrüfatda lil qatı çoxalır.