CƏMİYYƏT


Goranboyda 5 nəfər qidadan zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Goranboy Rayonunun Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Dərhal xəstələrə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Xəstəxanaya zəhərlənmə ilə müraciət edənlər 2012-ci il təvəllüdlü Akşin Kərimli, 2011-ci il təvəllüdlü Aynaxanım Qasımova, 2009-cu il təvəllüdlü Səfurəxanım Qasımova,1982-ci il təvəllüdlü Qabil Qasımov və 2009-cu il təvəllüdlü Afərin Kərimovadır. Zəhərlənənlərin valideynləri bildiriblər ki, uşaqlar yemək yeyəndə onların halı qəfil pisləşib.