CƏMİYYƏT
113 saylı Qax-Şəki seçki dairəsində aşağı seçki komissiyalarının 438 üzvü treninqlərə cəlb olunub
12.08.2024 [15:43]
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıqla əlaqədar avqustun 12-də ölkənin şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər başlayıb. Treninqlər aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və bir həftə davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 73 seçki məntəqəsindən 438 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur.
09.10.2024 [20:16]
09.10.2024 [18:20]
09.10.2024 [10:04]
08.10.2024 [18:45]
08.10.2024 [18:40]
09.10.2024 [18:00]
07.10.2024 [19:41]
07.10.2024 [16:29]
05.10.2024 [19:22]
04.10.2024 [13:24]
04.10.2024 [13:19]
26.09.2024 [23:51]
08.10.2024 [17:18]
07.10.2024 [19:33]
07.10.2024 [17:27]
07.10.2024 [17:10]
23.09.2024 [11:32]