Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır

16.08.2024 [15:57]

Xəbərin mətni

Xəbər verildiyi kimi, ötən gün axşam saatlarında Qəbələnin Zarağan qəsəbəsində yerləşən şadlıq evlərindən birində qida zəhərlənməsi olub.
AZƏRTAC xəbər verir ki, toy məclisində iştirak edən 60 nəfərə yaxın insan Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.