Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaradağ rayonu ərazisində sərnişin avtobusu yanıb

19.08.2024 [10:54]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.