Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Seçki könüllüləri” gənc seçiciləri məlumatlandırmağa davam edir

19.08.2024 [11:34]

Xəbərin mətni

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi prosesi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə zamanı “Seçki könüllüləri” tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılıb.