Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşaya və Laçına infoturlar təşkil edilib

19.08.2024 [13:27]

Xəbərin mətni

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Şuşa və Laçın şəhərlərinə infoturlar təşkil edib.
Dövlət komitəsindən AZƏRTAC-a verilən məlumata görə, infoturlar Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib.