Azərbaycan Dövlət İnformasiya Agentliyi

300 tona yaxın Cəlilabad üzümü xarici bazarlara ixrac olunub

19.08.2024 [14:59]

Xəbərin mətni

Cəlilabadın üzüm bağlarında yığım davam edir. Qısa vaxtda bağlardan toplanan məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu il də Cəlilabadın üzüm bağlarında məhsul boldur. Artıq bir aya yaxındır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. Adı dillər əzbəri olan üzüm sortları ilə tanınan Cəlilabadda, hazırda xarici ölkələrdən gətirilən 9 sort məhsuldar üzüm növləri də becərilir. Ümumilikdə rayon üzrə 1410 hektar üzüm bağları var ki, bunun 1375 hektarı bar verən sahələrdir. Üzümçülük təsərrüfatına uzun illərdir sadiq qalan fermer Mirhəbib Salmanlı bu mövsüm də 15 hektarlıq bağında bol məhsul yetişdirib.