Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hafiz Səfixanov: Mina tələləri daha çox Xankəndidə qeydə alınır

20.08.2024 [14:21]

Xəbərin mətni

Keçmiş təmas xəttinin arxasındakı ərazilərdə minaların və partlamamış hərbi sursatların sayı məlum deyil. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bu il avqustun 15-dək baş verən 224 hadisənin 149-u, yəni 66 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə qeydə alınıb. Nəticədə 46 nəfər həlak olub, 214 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.