Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali təhsil müəssisələrinin qəbul planı 95.27 faiz dolub

26.08.2024 [11:49]

Xəbərin mətni

2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə avqustun 26-da keçirdiyi mətbuat konfransında söyləyib.