Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər

01.09.2024 [13:01]

Xəbərin mətni

Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Sonra birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs verdilər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI