Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək
20.09.2024 [21:52]
Xəbərin mətni
“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı zavodu Ağdam Sənaye Parkında 1,6 hektar ərazidə yaradılıb. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Azərbaycanda divar kağızları istehsal edən ilk zavoddur. Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Mister Decor” MMC-nin direktoru Əli Əliyev deyib.