Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” fəaliyyətə başlayacaq

25.09.2024 [15:12]

Xəbərin mətni

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında üçtərəfli anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün ölkəmizdə “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında çıxışı zamanı deyib.