CƏMİYYƏT


Azərbaycanda ilk dəfə kənddə velosiped zolağı çəkilə bilər

Balakənin ucqar İtitala kəndi ölkəmizdə ən çox velosipedi olan yaşayış məntəqəsi kimi tanınır. Kənddə 700-dən artıq təsərrüfat var. Adətən sakinlər kənddə velosipeddən daha çox istifadə edirlər. Lakin son dövrdə kənddə avtomobillərin sayının artması bir çox problemlərə, ilk növbədə, velosipedçilərin təhlükə ilə qarşılaşmasına zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, kənddə yeniyetmə və gənclər, əsasən də məktəblilər bu nəqliyyat vasitəsindən daha çox faydalanırlar. Bu, həm onların fiziki sağlamlığına müsbət təsir göstərir, həm də vaxta xeyli qənaət etməyə imkan verir. Eyni zamanda, avtomobildən çox istifadə nəticəsində havanın çirklənməsi, səs-küy kimi problemlər meydana çıxır.