Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı başa çatıb
02.10.2024 [19:20]
Xəbərin mətni
Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağı başa çatıb. AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da başlamış beynəlxalq tədbir oktyabrın 2-də başa çatıb. Bakı Konqres Mərkəzində baş tutan tədbirin 4-cü (sonuncu) günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib. Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub