CƏMİYYƏT


Şəhid anası: Bütün xəstəxanaları, hər yeri axtardıq, ancaq Tunarı tapa bilmədik

Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.
2020-ci il oktyabrın 4-də, saat 10 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak oldu, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı. Beləliklə, terror nəticəsində şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan dəydi.