ELM VƏ TƏHSİL


İncəsənətin gözəlliklərini şagirdlərə aşılayan müəllim

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu yazının qəhrəmanı da elə müəllimdir. İnsanın həyatında ən vacib məqamlardan biri daxilindəki istedad və qabiliyyətləri kəşf etmək, ondan düzgün istifadə etməkdir. Bu yanaşma insana həyatda daha böyük uğurlar qazanmasına kömək edir. Elə buna görə də, hər birimiz həyatda əldə etdiyimiz nailiyyətlərə görə məktəbə, müəllimə borcluyuq.
Bu gün Azərbaycanın təhsil sahəsində çoxsaylı bacarıqlı və peşəkar müəllimlər fəaliyyət göstərir. Onlardan biri də Gülçin Hüseynovadır. O da rəsm çəkmək sahəsində peşəkarlığı ilə fərqlənir.