Məcnun Məmmədov: Azərbaycana müsəlman ölkələrindən olan turist axını halal qida sektorunun inkişafını zəruri edir
08.10.2024 [15:05]
Xəbərin mətni
Son zamanlar Azərbaycana müsəlman ölkələrindən olan turist axını halal qida sektorunun inkişafını zəruri edir.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, respublikamızda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır.