Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuzda yol qəzası zamanı avtomobil çökəkliyə aşıb, xəsarət alan var

09.10.2024 [11:53]

Xəbərin mətni

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Qaraməryəm – İsmayıllı - Şəki magistral yolunun Padar kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Fiat” və “Mitsubishi" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Fiat” çökəkliyə düşüb. Nəticədə sürücü, 41 yaşlı Vüqar Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicəsi aparılan şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.