Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib

10.10.2024 [17:13]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 9-10-da Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.