Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda polietilen istehsalı sexində yanğın olub

10.10.2024 [22:36]

Xəbərin mətni

AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat verib. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan polietilen istehsalı sexində baş verdiyi və yayılma, o cümlədən yaxınlıqdakı evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.