Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxda 18 tələbə dönər yedikdən sonra xəstəxanaya yerləşdirilib, AQTA araşdırmalara başlayıb

11.10.2024 [12:36]

Xəbərin mətni

Qazaxda zəhərləndiyi ehtimal edilən 18 tələbə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, oktyabrın 10-da saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində yedikləri dönərdən zəhərləndiyi ehtimal edilən tələbələr xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI