Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilib
12.10.2024 [18:19]
Xəbərin mətni
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium işə başlayıb. Simpozium Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı çərçivəsində keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edib.