Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə maşın su kanalına düşüb, xəsarət alanlar var

15.10.2024 [21:00]

Xəbərin mətni

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 17 radələrində İmişli şəhəri Məşədi Əzizbəyov və Qadir İsmayılzadə küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı Adəm Əzizalıyevin idarə etdiyi 90-ZZ-538 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını və Vüsal Abbasovun idarə etdiyi 77-BE-398 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil toqquşub.