Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
16.10.2024 [18:41]
Xəbərin mətni
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə Şuşada ilk dəfə əmək yarmarkası təşkil edilib. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə reallaşan məşğulluq tədbirində dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub.