Azərbaycan Dövlət İnformasiya Agentliyi

EPF Koalisiyasının həmtəsisçisi: Ermənistanın BMT-nin transsərhəd su axarları üzrə Konvensiyasını ratifikasiya etməsi vacibdir

16.10.2024 [19:27]

Xəbərin mətni

Ermənistanın BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasını ratifikasiya etməsi vacibdir. Əminlik var ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan hökuməti Ermənistanın sözügedən Konvensiyaya qoşulmasını və Konvensiyanın 9-cu maddəsinin həyata keçirilməsi üçün birgə qurumun yaradılmasını razılaşdırılması vacib olan ilk məsələlər sırasında təkid edəcək. AZƏRTAC xəbər verir ki, bu sözləri “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.