Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Son 5 ildə 550-dən artıq məktəb yenidən tikilib

24.10.2024 [15:15]

Xəbərin mətni

Azərbaycanda məktəblərin 90 faizdən çoxu təmirlidir. Hər bir məktəbdə tədris şəraitinin yaradılması Elm və Təhsil Nazirliyinin qarşısında duran məqsəddir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, son 5 ildə modul məktəblər də daxil olmaqla 550-dən artıq məktəb yenidən tikilib, əsaslı təmir olunub.