ELM VƏ TƏHSİL


Balaca olsalar da, arzuları böyükdür... Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzindən reportaj

Həyatın yenidən canlandığı işğaldan azad olunan Füzuli şəhərində artıq təhsil və incəsənət də inkişaf etməkdədir. Şəhərdə şagirdlərin orta təhsili ilə bərabər, məktəbdənkənar asudə vaxtlarının səmərəli keçməsi üçün Yaradıcılıq Mərkəzi də fəaliyyət göstərir. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev tərəfindən Qazax xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi məktəblilərin incəsənət sahəsi üzrə inkişafında əhəmiyyətli rol oynayır.
AZƏRTAC-ın bölgə müxbiri Yaradıcılıq Mərkəzinə baş çəkib, müəllim və şagird kollektivi ilə görüşüb.