ELM VƏ TƏHSİL
“Deputatlar üçün iqlim dəyişmələrinə dair bələdçi”nin Azərbaycan dilindəki nüsxəsinin təqdimatı olub
14.11.2024 [12:43]
Xəbərin mətni
ADA Universitetində Azərbaycan Milli Məclisinin deputatları, hökumət orqanları və qərarverici şəxslər üçün yeni mənbə olan “Deputatlar üçün iqlim dəyişmələrinə dair bələdçi”nin Azərbaycan dilindəki nüsxəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə bu ilin oktyabr ayında Böyük Britaniya Parlamentində “Peers for the Planet” qrupu və Ekseter Universiteti tərəfindən dərc edilmiş bələdçi “Globe International” tərəfindən Azərbaycan dilinə çevrilərək COP29 çərçivəsində təqdim olunur.