İmişlinin Tuqay meşələrində yulğun ağacları 50 faizə qədər artıb
18.11.2024 [17:53]
Xəbərin mətni
Kür-Araz ovalığında yerləşən İmişli rayonu ərazisi həm də adı qırmızı kitaba düşən yulğun ağaclarının məskənidir. Həmin ərazidə Yulğun ağacları əsasən Tuqay meşələrində daha geniş yayılıb. Son illərdə isə bu ağacların ciddi şəkildə artımı müşahidə edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə yulğun ağaclarına əsasən Araz və Kür çayı sahillərində daha çox rast gəlinir. Son illərdə isə bu ağacların artması çay kənarlarında əsrarəngiz gözəllik yaratmaqla yanaşı, oksigen mənbəyi olaraq böyük potensial mənbəyinə çevrilib.