Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29: İnnovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələr müzakirə olunub

18.11.2024 [18:47]

Xəbərin mətni

COP29 çərçivəsində noyabrın 18-də “Yaşıl işlər və bacarıqlar” mövzusunda yüksəksəviyyəli üçtərəfli dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyi/Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə baş tutan sessiyada iqlim dəyişmələrinə davamlı iş yerlərinin yaradılması üçün kadr ehtiyatını necə təmin etmək, əsas problemləri və innovativ həlləri vurğulamaqla hazırkı işçiləri necə yenidən hazırlamaq barədə müzakirələr aparılıb. Sessiyada iqlim dəyişikliklərinə uyğunlaşma prosesində yaşıl iqtisadiyyatın inkişafı üçün peşə bacarıqlarının artırılması, əmək bazarının çevikliyi əsas mövzular olub.