ELM VƏ TƏHSİL
Kamran İmanov: Bugünkü regional seminar müəyyən mənada innovasiyadır
02.12.2024 [14:23]
Xəbərin mətni
Bugünkü regional seminar müəyyən mənada innovasiyadır: yeni yanaşma və yeni həllər yolu. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tədbiq etməyimizə dəstək göstərir. AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dekabrın 2-də “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminarla əlaqədar keçirdiyi brifinqdə söyləyib.