ELM VƏ TƏHSİL
“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir
02.12.2024 [15:06]
Dekabrın 2-də Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.
Açılış mərasimində çıxış edən Agentliyin rəhbəri Kamran İmanov bildirib ki, bugünkü regional seminar müəyyən mənada innovasiyadır: yeni yanaşma və yeni həllər yoludur. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tətbiq etməyimizə dəstək göstərir.