ELM VƏ TƏHSİL
Nazir müavini: Təsnifata bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə olunub
03.12.2024 [17:36]
Xəbərin mətni
İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.