ELM VƏ TƏHSİL
Emin Əmrullayev: 2026-cı ilin sentyabrında 100 min əlavə məktəbəqədər yerin açılması nəzərdə tutulur
04.12.2024 [14:44]
Xəbərin mətni
Hər il 20 min uşaq bu model vasitəsilə təhsilə cəlb olunur.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, 2017-2018-ci ildən icmaəsaslı məktəbəqədər təhsil modelinin tətbiqinə başlanılıb. Nazir icmaəsaslı məktəbəqədər təhsil qruplarında uşaqların 4-5, bəzi hallarda 3-4 yaş arasında olduqlarını qeyd edib.