CƏMİYYƏT
Kiyevdə Azərbaycan-Ukrayna Dostluq Xiyabanı salınıb
06.12.2024 [12:40]
Xəbərin mətni
Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi və Kiyev şəhər Meriyasının təşkilatçılığı ilə “Natalka” parkında keçirilən ağacəkmə aksiyasında Ukrayna Ali Radasının Ətraf Mühit Siyasəti və Təbiətin İdarə Edilməsi Komitəsinin sədri Oleq Bondarenko, Kiyev şəhər merinin müavini Petro Panteleyev, ictimai fəallar, diaspor nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasından öncə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bugünkü aksiya ətraf mühitin qorunması üçün birgə fəaliyyətin nə qədər vacib olduğunu nümayiş etdirir. Yaşıl şəhərlər həyat, sağlamlıq və davamlı inkişafın simvoludur.