Deputat: Qərbi Azərbaycanda etnik təmizləmə siyasətinə məruz qalmış soydaşlarımızın hüquqları hələ də tapdalanmaqdadır
22.04.2025 [18:10]
Hazırda xarici siyasətimizin Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş prioritetlərindən biri Qərbi Azərbaycana qayıdışdır, onun hüquqi əsaslarıdır, hüquqi bazanın genişləndirilməsidir və qlobal ictimai rəyə maksimum informasiya ötürməkdən ibarətdir ki, Qərbi Azərbaycan ərazisi azərbaycanlıların torpaqlarıdır, ata-baba yurdumuzdur və Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinə məruz qalmış 300 mindən çox azərbaycanlının hüquqları hələ də tapdalanmaqdadır. Ona görə də vaxtaşırı beynəlxalq konfransların keçirilməsi, bu həqiqətlərin dünyaya çatdırılması aktual çağırış kimi gündəmdə durur. Bu barədə Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.