Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcü professor: Borçalı xalçalarına dünya bazarında böyük maraq var

02.05.2025 [17:18]

Xəbərin mətni

Hazırda Borçalı xalçalarına dünya bazarında böyük maraq var. Bu sözləri Gürcüstan Milli Muzeyinin Şərq kolleksiyalarının kuratoru, professor İrina Koşoridze Bakıda keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.