Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi panel sessiyalarla davam edir
11.05.2025 [13:56]
Xəbərin mətni
Bakıda ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresinin ikinci gününə start verilib. AZƏRTAC xəbər verir ki, tədbirin sonuncu günü "Vaskulyar neyrocərrahiyyə" paneli ilə başlayıb. Bundan başqa gün ərzində "Neyroonkologiya", "Neyroanatomiya", "Spinal neyrocərrahiyyə" panel sessiyaları və peyk simpozium keçiriləcək.