Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erkən nikah: vaxtsız qərarlar, yarımçıq həyatlar

22.05.2025 [18:56]

Xəbərin mətni

Erkən nikah – bir çoxları üçün sadəcə ailənin şəxsi qərarı kimi görünə bilər. Lakin bu qərarın kökündə bəzən qırılmış xəyallar, yarımçıq qalan təhsillər, susdurulmuş uşaqlar və sona çatmayan həyat hekayələri dayanır. Bir neçə gün əvvəl Sabirabadda 16 yaşlı Nuranə Ələkbərovanın bıçaqlanaraq qətlə yetirilməsi bu acı reallığın daha bir nümunəsidir. Qanunvericiliyə əsasən, ölkəmizdə nikah yaşı 18-dir. Buna baxmayaraq, bəzi bölgələrdə, xüsusilə kənd və ucqar ərazilərdə, erkən nikah halları hələ də qalmaqdadır.