Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var
24.05.2025 [15:03]
Xəbərin mətni
Mayın 24-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiya ordusu tərəfindən çox kombinasiyalı hava hücumları edilib. AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinin məlumatına görə, Kiyevdə gecə boyu güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb.