Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar

24.05.2025 [15:37]

Xəbərin mətni

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən Kosmik Akademiyada “Uniq” uşaq inkişaf mərkəzinin təşkilatçılığı ilə rusiyalı kosmonavt, mühəndis və Beynəlxalq Kosmik Stansiyanın (BKS) təcrübəli iştirakçısı Fyodor Nikolayeviç Yurçixin ilə virtual görüş keçirilib.