Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hanoyun hər müştərinin izi olan kafesi

31.05.2025 [16:53]

Vyetnam hazırda Braziliyanın ardından dünyada 2-ci ən böyük qəhvə istehsalçısı və ixracatçısıdır. Son onilliklər, belə demək olarsa, qəhvə Vyetnam turizminin əvəzolunmaz elementinə çevrilib. Yerli sahibkarlar daha çox müştəri cəlb etmək üçün yeni kreativ ideyalar axtarıb tapırlar. Bunlardan biri də Hanoyun köhnə məhəlləsindəki “Qeyd” kafesidir.